AZ

Putin açıqladı: Heç bir liderə rəsmi dəvət göndərmədik!

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya başqa ölkələrin liderlərinə Qələbə Günü tədbirlərində iştirak üçün rəsmi dəvət göndərməyib. Sadəcə bildirdik ki, gəlmək istəyən hər kəsi görməyə şad olarıq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra deyib.

“Bunu bugünkü mühitdə xüsusilə aktual və təbii hesab edirəm. Digər tərəfdən, təhlükəsizliyin təmin olunması məsələlərini də nəzərdə tuturam. Aleksandr Qriqoryeviç, burada olduğunuz üçün təşəkkür edirəm!", - deyə Putin əlavə edib.

Lukaşenko isə Putinə gülümsəyərək heç bir təhlükəsizlik məsələsinin onların görüşünə mane ola bilməyəcəyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
50
axar.az

10Mənbələr