AZ

"May ayında palçıqda futbol oynayırıq" - Rəşad Sadıqov

"Zirə" Misli premyer-liqasının 31-ci turunda səfərdə "İmişli" ilə heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Məyusuq. Qələbə qazanmaq istəyirdik. Artıq önümüzdəki oyunlara hazırlaşmalıyıq.

- Kubokun finalı ərəfəsində futbolçuları çempionat matçlarına kökləmək çətin deyil?
- Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə sırf kubuku düşünmürük. Adətən kubokun finalı mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu. Meydançanın keyfiyyəti son ötürmələrə, zərbələrə təsir edirdi.

- Oyundan sonra rəqib baş məşqçi ilə görüşmədiz. Bunun səbəbi nədi?
-Adətən oyundan sonra məşqçilər həmkarları ilə görüşüb sonra futbolçularını təbrik edir. "İmişli"nin baş məşqçisi isə matç bitən kimi oyunçularını təbrik etməyə getdi. Mən də tərcüməçi ilə görüşdüm və hərə öz istiqamətində getdi.

- Premyer-liqada komanda sayının artırılmasına gərək var?
- Əsas olan məqsədin nə olmasıdı. Məqsəd sadəcə sayı artırmaqdısa, say artıb, may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadionda oynayır. İnfrastrukturu, stadionu olan klub varsa, premyer-liqaya gələ bilər. Çempionatda keyfiyyətli komandalar, legionerlər var. Bu keyfiyyəti saxlamaq üçün ən azı ot örtüyü yaxşı vəziyyətdə olmalıdı.

Seçilən
0
7
football-plus.az

8Mənbələr