Vesta Construction MTK sakinlərə eyni mənzili satıb?
Ajans.az xəbər verir ki, "Vesta Construction" MTK-ya məxsus yaşayış binasının sakinləri illərdir evlərinə sahib olmaq üçün gözləyirlər. Sakinlərin iddiasına görə, Nizami Rayon İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamı ilə həmin ərazidə yerləşən 2 mərtəbəli köhnə yaşayış binası pilot layihə çərçivəsində sökülüb və ərazidə "Vesta Construction" MMC tərəfindən yeni çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. Lakin bu günədək tikinti işləri tam başa çatdırılmayıb, mənzillər qanuni sahiblərinə təhvil verilməyib.