Paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsi 38 ünvanında yerləşən "Vesta Construction" MTK-ya məxsus yaşayış binasında eyni mənzilin bir neçə nəfərə satıldığı deyilir. Həmçinin sakinlər mənzilin pulunu ödəsələr də, MTK-nın illərdir evlərini təhvil vermədiyini iddia edirlər.
Bizim.Media “xezerxeber.az”a istinadən məlumatına görə, "Vesta Construction" MTK-ya məxsus yaşayış binasının sakinləri illərdir evlərinə sahib olmaq üçün gözləyirlər.
Sakinlərin iddiasına görə, Nizami Rayon İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamı ilə həmin ərazidə yerləşən 2 mərtəbəli köhnə yaşayış binası pilot layihə çərçivəsində sökülüb və ərazidə "Vesta Construction" MMC tərəfindən yeni çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.
Lakin bu günədək tikinti işləri tam başa çatdırılmayıb, mənzillər qanuni sahiblərinə təhvil verilməyib.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, "Vesta Construction" MMC tərəfindən öhdəliklər yerinə yetirilməyib.
Sakinlərin narazılığı ilə bağlı şirkət rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib.
Məsələ ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb və istintaq davam etdirilir.o da qeyd edildi ki, Məsələnin həlli Nizami Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta