AZ

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - Bu tarixdən...

Bakıda keçiriləcək "UFC Fight Night: Fiziev vs Torres" turnirinin biletləri mayın 15-də saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Bakı Şəhər Halqasından Far.Az-ə bildirilib ki, iyunun 27-də Milli Gimnastika Arenasında gerçəkləşəcək turnirin biletlərini azarkeşlər "iticket" platforması vasitəsilə əldə edə biləcəklər.

UFC Fight Club üzvləri üçün erkən satış mayın 13-də saat 10:00-da başlayacaq. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri mayın 14-də eyni saatdan əldə edə biləcəklər.

Qeyd edək ki, gecənin əsas qarşılaşmasında yüngül çəkidə çıxış edən Rafael Fiziev Manuel Torreslə üz-üzə gələcək.

Seçilən
6
5
far.az

6Mənbələr