Bakıda keçiriləcək "UFC Fight Night: Fiziev vs Torres" turnirinin biletləri mayın 15-də saat 10:00-dan etibarən satışa çıxarılacaq.
Azreform.info xəbər verir ki, Bakı Şəhər Halqasından bildirilib ki, iyunun 27-də Milli Gimnastika Arenasında gerçəkləşəcək turnirin biletlərini azarkeşlər "iTicket" platforması vasitəsilə əldə edə biləcəklər.
"UFC Fight Club" üzvləri üçün erkən satış mayın 13-də saat 10:00-da başlayacaq. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri mayın 14-də eyni saatdan əldə edə biləcəklər.
Qeyd edək ki, gecənin əsas qarşılaşmasında yüngül çəkidə çıxış edən Rafael Fiziyev Manuel Torreslə üz-üzə gələcək.