AZ

Orban seçkilərdə məğlubiyyətin səbəbini iqtisadi vəziyyətlə izah edib

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Viktor Orban bildirib ki, parlament seçkilərində məğlubiyyətin əsas səbəbi ölkədə iqtisadi artımın zəifləməsidir və bunu Ukraynadakı müharibə ilə əlaqələndirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə və  Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Macarıstan iqtisadiyyatına mənfi təsir göstərib və iqtisadi artımın zəifləməsinə səbəb olub. Bu da seçkilərdə məğlubiyyətlə nəticələnib.

Sherg.az xəbər verir ki, Viktor Orban qeyd edib ki, əgər iqtisadi artım 2-3 faiz səviyyəsində olsaydı, hakim partiya seçkilərdə qalib gələ bilərdi. Lakin bu göstəricilərə nail olunmayıb.

Məlumata görə, Macarıstan son illərdə iqtisadi durğunluq və zəif bərpa dövrü yaşayıb. Hökumət isə enerji qiymətlərinin artmasını müharibə və sanksiyalarla əlaqələndirərək ciddi iqtisadi itkilərdən danışıb.

Seçkilərdə Fidesz və müttəfiqləri parlamentdə azlıqda qalıb, müxalif Tisza Partiyası isə üstünlük əldə edərək yeni hökumətin formalaşdırılmasına hazırlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
5
sherg.az

7Mənbələr