BAKI, 9 may. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərindəki məğlubiyyətin əsas səbəbinin iqtisadi geriləmə olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Orban bu barədə müsahibəsində danışıb.
O qeyd edib ki, Ukraynadakı müharibə və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları Macarıstan iqtisadiyyatına ciddi təsir göstərib.
“Əgər Ukraynada müharibə olmasaydı, Brüsselin mənfi reaksiyası və iqtisadi artımın zəifləməsi baş verməsəydi, 2-3 faiz iqtisadi artıma nail ola bilərdik və seçkiləri qazanardıq”, - Orban deyib.