“Adidas” futbol dünyasının əsl ulduzlarının yer aldığı yeni qısametrajlı film təqdim edib.
Publika.az xəbər verir ki, videoda Lionel Messi, Lamin Yamal, Cud Bellinqem və digər məşhur futbolçular rol alıblar.
Çarxda əsas rolu tanınmış aktyor Timoti Şalame canlandırıb. Süjet onun dilindən danışılır və heç kimin məğlub edə bilmədiyi inanılmaz küçə komandası haqqındadır. Videonun atmosferi 1990-cı illərin estetikasından ilham alıb. Xarakterik saundtrek, retro vizuallar və xüsusi saç düzümləri ilə diqqət çəkir.
Azarkeşlərin xüsusi marağına səbəb olan məqamlardan biri isə futbol əfsanələrinin görünməsi olub. Alessandro Del Pyero, Zinəddin Zidan və Devid Bekhem qeyri-adi süni intellekt formatında videoda yer alıblar.