AZ

ABŞ İran hərbçilərinə yardım göstərən 10 şəxs və şirkətə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İranın silah proqramına dəstək verdiyi iddia olunan 10 şəxs və şirkətə qarşı sanksiyalar tətbiq edib.Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilir.

Sanksiyalar Yaxın Şərq, Asiya və Şərqi Avropada fəaliyyət göstərən fiziki və hüquqi şəxsləri əhatə edir. 

Vaşinqton bildirir ki, həmin şəxslər İranın “Şahed” seriyalı pilotsuz uçuş aparatları və ballistik raket proqramlarında istifadə olunan silah və xammalın tədarükünə yardım göstəriblər. 

Sanksiya siyahısına Çin, Honkonq və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlər, həmçinin Belarus, İran və Çin vətəndaşları daxil edilib. 

ABŞ-nin maliyyə naziri Scott Bessent bildirib ki, Vaşinqton İran ordusunun silah təchizatında iştirak etdiyi iddia olunan şəxslər və qurumlara qarşı məhdudiyyətləri davam etdirəcək. 

Seçilən
6
49
anews.az

10Mənbələr