AZ

ABŞ İrana yardıma görə Çin şirkətlərini cəzalandırdı - FT

ABŞ İranın Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə qarşı hücumlarının planlaşdırılmasında istifadə olunduğu iddia edilən kəşfiyyat məlumatlarının ötürülməsinə görə üç Çin kommersiya peyk şirkətinə qarşı sanksiyalar tətbiq edib.

HİT.az “Financial Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər ümumilikdə dörd quruma şamil olunub və onların üçü Çin təşkilatıdır.

Sanksiyalara Vaşinqtonun Tehran üçün peyk görüntüləri ötürməkdə ittiham etdiyi “The Earth Eye” şirkəti, həmçinin “MizarVision” geoanalitik şirkəti və “Chang Guang Satellite Technology” peyk operatoru daxil edilib. ABŞ tərəfinin məlumatına görə, bu qurumlar İranı regionda ABŞ qüvvələri və onların müttəfiqləri tərəfindən istifadə olunan hərbi obyektlərin görüntüləri ilə təmin edə bilərdi.

ABŞ həmçinin bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu peyk məlumatlarına çıxış əldə edib və həmin məlumatlardan zərbələrin planlaşdırılması üçün istifadə edə bilərdi. Araşdırmalara əsasən, İran hərbçilərinin istifadə etdiyi koordinatlar və peyk şəkilləri bəzən hücumlardan bir neçə gün əvvəl yenilənib.

ABŞ dövlət katibi Marko Rubio bildirib: “Bugünkü addımlar İrana dəstək göstərən Çin təşkilatlarını məsuliyyətə cəlb edir”.

O əlavə edib ki, Vaşinqton İranın hərbi infrastrukturuna yardım edən istənilən üçüncü ölkə və quruma qarşı təzyiqləri davam etdirəcək.

Samir
 

Seçilən
4
49
hit.az

10Mənbələr