Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
QOL.az xəbər verir ki, Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq.
Rəşid Məmmədəliyev (73 kq) 1/8 finalda Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni mərhələdə Südabə Ağayeva (70 kq) isə almaniyalı Miriam Butkereytlə qarşılaşacaq.
Xatırladaq ki, "Böyük Dəbilqə" mayın 10-da başa çatacaq.