AZ

Qazaxıstanda iki cüdoçumuz mübarizəyə başlayır

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.BUTA.TV” xəbər verir ki, Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq. Rəşid Məmmədəliyev (73 kq) 1/8 finalda Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni mərhələdə Südabə Ağayeva (70 kq) isə almaniyalı Miriam Butkereytlə qarşılaşacaq. Xatırladaq ki, “Böyük Dəbilqə” mayın 10-u başa çatacaq.
Seçilən
0
10
buta.tv

10Mənbələr