Gəncədə zavod ərazisində baş verən yanğının qarşısı alınıb...
FHN-dən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
***
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən Avtomobillərin utilizasiyası zavodunda qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə olan təkər tullantıları və yarasız avtomobillərin hissələri yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Poliqon.info