AZ

Gəncədə zavod ərazisində yanğın başlayıb - YENİLƏNİB - FOTOLAR

Gəncədə zavod ərazisində baş verən yanğının qarşısı alınıb.

FHN-dən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

***

19.32

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən Avtomobillərin utilizasiyası zavodunda qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə olan təkər tullantıları və yarasız avtomobillərin hissələri yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
0
4
cebheinfo.az

10Mənbələr