AZ

“Bir səhv etdik, o da qolla nəticələndi” – Kaxaber Tsxadadze

“Qəbələ” Misli Premyer Liqasının 31-ci turunda doğma meydanda “Qarabağ”la 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçulara təşəkkür edirəm. Bizim üçün çox vacib oyun idi. Onlar bu matçın əhəməyyətini başa düşürdülər. Vacib 1 xal qazandıq. Oyunçular bütün gücləri ilə mübarizə apardılar. “Qarabağ” meydana ən güclü heyətlə çıxmışdı. Premyer Liqada belə heyətlə sonuncu dəfə nə vaxt oynadıqlarını xatırlamıram. Onlar Çempionlar Liqasında möhtəşəm nəticələr göstəriblər. Bütün bunlar Qurban Qurbanovun əməyinin nəticəsidir. Uzun müddətdir ki, “Qarabağ”da çalışır. Deyərdim ki, Azərbaycan futbolu onun sayəsində Avropada və dünyada təmsil olunur. Bizim oyuna gəlincə, qol vəziyyətləri yaratdıq. Futbolçular yaxşı oynadılar. Səlahət Ağayevi xüsusi qeyd edərdim. Penaltidə komandanı qoldan xilas etdi. Qarşıda daha iki oyunumuz var. Hər ikisi finala bərabər matçlardır. Tez bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq. Belə yüksək səviyyəli komandaya qarşı dolu tribunaların qarşısında oynamaq olduqca xoş idi. Sona qədər komandanı dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm.

– Rəqibin “Qarabağ” olması futbolçularda əlavə motivasiya yaratmışdı?

– Milli fasilədən sonra bərbad oynadığımız matç olmayıb. “Sumqayıt”a qarşı əla oyun keçirmişdik. Bir səhv etdik, o da qolla nəticələndi. “Zirə” ilə matçı qeyd edə bilərəm. Futbolçular xarakter göstərdilər. Sadəcə bir az bəxtimiz gətirmədi. Bəli, bəzi qarşılaşmalar olmuşdu ki, narazı qalmışdım. Ona görə də turnir cədvəlində bu yerdəyik. Amma son oyunların hamısında futbolçular xarakter göstəriblər.

– Turnir cədvəlinə baxanda demək olar ki, “Qəbələ” I Liqa təmsilçisi ilə pley-off matçına çıxacaq?

– Hazırda yalnız növbəti oyunu düşünürük. Bizim üçün ən vacib olan növbəti matçdır.

Seçilən
0
7
idmanxeber.az

8Mənbələr