AZ

Qarabağ meydana ən güclü heyəti ilə çıxmışdı Kaxaber Sxadadze

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

"Qəbələ" Misli premyer-liqasının 31-ci turunda "Qarabağ"la hesablı heç-heçə etdi - 1:1."Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.- Futbolçulara təşəkkür edirəm. Çox vacib oyun idi. Onlar bu matçın əhəməyyətini başa düşürdü. Vacib xal qazandıq. Oyunçular bütün gücləri ilə mübarizə apardı. "Qarabağ" meydana ən güclü heyəti ilə çıxmışdı. Premyer-liqada belə heyətlə sonuncu dəfə nə vaxt oynadıqlarını xatırlamıram. Onlar Çempionlar Liqasında möhtəşəm nəticələr göstəriblər. Bütün bunlar Qurban Qurbanovun əməyinin nəticəsidi. O, uzun müddətdi "Qarabağ"da çalışır. Deyərdim ki, Azərbaycan futbolu onun sayəsində Avropada və dünyada təmsil olunur. Bizim oyuna gəlincə, qol vəziyyətləri yaratdıq. Futbolçular yaxşı oynadı. Səlahət Ağayevi xüsusi qeyd edərdim. Penaltidə komandanı qoldan xilas etdi. Qarşıda daha iki oyun var. Hər ikisi finala bərabər matçlardı. Tez bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq. Belə yüksək səviyyəli komandaya qarşı dolu tribunaların qarşısında oynamaq olduqca xoş idi. Sona qədər komandanı dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm.- Rəqibin "Qarabağ" olması futbolçularda əlavə motivasiya yaratmışdı?- Milli fasilədən sonra bərbad oynadığımız matç olmayıb. "Sumqayıt"a qarşı əla oyun keçirmişdik. Bir səhv etdik, o da qolla nəticələndi. "Zirə" ilə matçı qeyd edə bilərəm. Futbolçular xarakter göstərdi. Sadəcə bir az bəxtimiz gətirmədi. Bəli, bəzi qarşılaşmalar olmuşdu ki, narazı qalmışdım. Ona görə də turnir cədvəlində bu yerdəyik. Amma son oyunların hamısında futbolçular xarakter göstərib.- Turnir cədvəlinə baxanda demək olar ki, "Qəbələ" 1-ci liqa təmsilçisi ilə pley-off matçına çıxacaq?- Hazırda yalnız növbəti oyunu düşünürük. Bizim üçün ən vacib olan növbəti matçdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
7
icma.az

8Mənbələr