AZ

"Sumqayıt"dan qələbə, "Qəbələ" - "Qarabağ" matçında heç-heçə

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 31-ci tur davam edir. 

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Günün ilk matçında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk iki dövrədə bu komandaların oyunlarında sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu ilk dövrədə 2:0, daha sonra isə 2:1 hesabı ilə qalib gəlib. 

İkinci qarşılaşmada isə “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkib. Matç Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Cari mövsüm bu komandalar arasında keçirilən matçlarda tərəflər hərəyə bir qələbə qazanıblar. “Sumqayıt” rəqibini 3:2, “Araz-Naxçıvan” isə 1:0 hesabı ilə məğlub edib. 

9 may

19:30. “Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1

Qol: Aleksandr Ramalinqom, 45+2 (1:0), Ba-Muaka Simakala, 63 (1:1), Rahil Məmmədov, 90+3-avtoqol (2:1)
Baş hakim: Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Qəbələ” - “Qarabağ” - 1:1

Qollar: Kadi Borqes, 29 (0:1), İsmael Akinade, 57 (1:1)
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

10 may

17:00. “Turan Tovuz” - “Karvan-Yevlax”

19:30. “Neftçi” - “Şamaxı”

8 may

“İmişli” - “Zirə” - 0:0

“Sabah” - “Kəpəz” - 0:1

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 19 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Emin Mahmudov ("Neftçi") - 10 qol

Joarlem Santos ("Turan Tovuz") - 10 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Leandro Andrade ("Qarabağ") - 9 qol

Seçilən
0
1
teleqraf.com

10Mənbələr