AZ

“Qarabağ”dan heç-heçə, “Sumqayıt”dan qələbə  – YENİLƏNİB 

Azərbaycan Premyer Liqasının 31-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

Günün ilk matçında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edib. Görüş heç-heçə başa çatıb – 1:1. Hazırda turnir cədvəlində Ağdam klubu 63 xalla 2-ci, “qırmızı-qaralar” isə 21 xalla 11-cidir.

İkinci qarşılaşmada isə “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkib. Matç ev sahibinin qələbəsilə bitib – 2:1. Sona 3 tur qalmış Sumqayıt təmsilçisi 40 xalla 7-ci, “Araz-Naxçıvan” isə 39 xalla 7-ci pillədə qərarlaşıb.

9 may

17:00. “Qəbələ” – “Qarabağ” 1:1
Baş hakim:
 İnqilab Məmmədov

Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” – “Araz-Naxçıvan” 2:1
Baş hakim: 
Rəvan Həmzəzadə

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
0
1
idmanxeber.az

10Mənbələr