Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib..
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info