Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az APA-ya istinadən xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.