AZ

Azad olunmuş ərazilərdə məktəblərin fəaliyyəti bərpa edilir Emin Əmrullayev

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İşğaldan azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə öz doğma yerlərində fəaliyyətini bərpa edir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, "Böyük Qayıdış" proqramı çərçivəsində insanlar öz yurdlarına qayıtdıqca məktəblər də həmin ərazilərdə fəaliyyətə başlayır:

"Zəngilanın, Cəbrayılın, Laçının və digər işğaldan azad edilmiş bölgələrimizin məktəbləri yaxın illərdə öz ərazilərinə qayıdacaqlar.

"Şuşa şəhər 1 nömrəli məktəb artıq Şuşada uğurla fəaliyyətini davam etdirir", - nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
azpolitika.info

5Mənbələr