AZ

Emin Əmrullayev: Azad olunmuş ərazilərdə məktəblərin fəaliyyəti bərpa edilir

İşğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyəti mərhələli şəkildə bərpa edilir.

"Far.Az" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, "Böyük Qayıdış" proqramı çərçivəsində insanlar öz yurdlarına qayıtdıqca məktəblər də həmin ərazilərdə fəaliyyətə başlayır:

"Zəngilanın, Cəbrayılın, Laçının və digər işğaldan azad edilmiş bölgələrimizin məktəbləri yaxın illərdə öz ərazilərinə qayıdacaqlar".

"Şuşa şəhər 1 nömrəli məktəb artıq Şuşada uğurla fəaliyyətini davam etdirir", - nazir qeyd edib.

Seçilən
3
3
far.az

5Mənbələr