AZ

“Azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir” - Nazir

İşğaldan azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində əhali doğma yurdlarına qayıtdıqca məktəblərin fəaliyyəti də mərhələli şəkildə bərpa olunur:

“Zəngilan, Cəbrayıl, Laçın və digər işğaldan azad edilmiş rayonlarımızın məktəbləri yaxın illərdə öz ərazilərində fəaliyyətlərini bərpa edəcəklər. Artıq Şuşa şəhər 1 nömrəli tam orta məktəbi Şuşada uğurla fəaliyyət göstərir” (APA).

Seçilən
0
4
redaktor.az

5Mənbələr