İşğaldan azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir...
Poliqon xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində əhali doğma yurdlarına qayıtdıqca məktəblərin fəaliyyəti də mərhələli şəkildə bərpa olunur:
“Zəngilan, Cəbrayıl, Laçın və digər işğaldan azad edilmiş rayonlarımızın məktəbləri yaxın illərdə öz ərazilərində fəaliyyətlərini bərpa edəcəklər. Artıq Şuşa şəhər 1 nömrəli tam orta məktəbi Şuşada uğurla fəaliyyət göstərir”.
Poliqon.info