AZ

Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub

Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub. 

Bakıvaxtı.az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, hadisə şənbə günü baş verib. 

Hücum zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub. Dağıntılar altından 14 polis əməkdaşının meyiti çıxarılıb, daha 3 nəfər isə sağ tapılaraq xəstəxanaya yerləşdirilib.

Terror aktına görə məsuliyyəti "İttihad-ul-Mücahidin" adlı silahlı qruplaşma öz üzərinə götürüb.

Seçilən
16
8
bakivaxti.az

9Mənbələr