AZ

Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub

Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub.

 “Reuters” agentliyinin xəbərinə görə, hadisə şənbə günü baş verib.Hücum zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub. Dağıntılar altından 14 polis əməkdaşının meyiti çıxarılıb, daha 3 nəfər isə sağ tapılaraq xəstəxanaya yerləşdirilib.

Terror aktına görə məsuliyyəti “İttihad-ul-Mücahidin” adlı silahlı qruplaşma öz üzərinə götürüb.

Seçilən
13
8
news365.az

9Mənbələr