Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında ayrı-ayrı risk növləri üzrə stres-testlər aparılacaq.
Stres-test modelinin qiymətləndirilməsi zamanı bankın stres-test proqramının tərtibi və tətbiqinə məsul əməkdaşlarına müxtəlif suallar veriləcək.
Məsul əməkdaşlar sözügedən suallara cavab verməyə hazırlıqlı olmalıdırlar.
Stres-test modelinin qiymətləndirilməsi zamanı ünvanlana biləcək suallar
1. Mərkəzi Bank tərəfindən təqdim olunan proqnozlardan başqa hansı makro proqnozlardan istifadə olunub?
- Bu ssenarilər nə üçün və necə seçilib?
- Bu seçim necə əsaslandırılır?
2. Bu stres-testlər bankın üzləşdiyi əsas riskləri kifayət qədər əhatə edirmi?
- Stres-test kredit və likvidlik riskini necə əks etdirir?
- Daha qranular data/testlərdən istifadə düşünülübmü, müzakirə olunubmu?
- Hansı digər testlərin keçirilməsi düşünülüb və niyə keçirilməyib?
3. İstifadə olunmuş ssenarilər nə dərəcədə sərt və mümkündür?
- Ssenarinin sərtliyi necə seçilib?
- Ssenarinin müddəti necə seçilib?
- Tərs stres-testlərdən istifadə olunubmu?
4. Bank dinamik, yoxsa statik balans fərziyyəsinə əsaslanıb?
- Nə üçün bu seçim edilib?
- Stres-test keçirmək üçün əsas məqsəd nə olub?
- Nəticələr hansı istiqamətdə təhlil və istifadə olunacaq?
5. İstifadə olunan modellər nə üçün seçilib?
- Digər modellər nəzərdən keçirilibmi?
- Hansı əhəmiyyətlilik göstəricilərinə əsaslanıb?
- Modellərlə bağlı hansı risklər nəzərdə saxlanılır?
- Həssaslıq testləri üzrə hazırkı modellər/yanaşmalar nə üçün seçilib?
- Ssenarilər tarixi, yoxsa hipotetik hadisələrə əsaslanır?
6. Stres-testin keçirilməsi zamanı hansı fərziyyə və ekspert mülahizələrindən istifadə edilib?
- Bank bu halları necə müəyyən edib və qiymətləndirir?
- İdarə Heyəti və Riskləri İdarəetmə Komitəsi bu tip hallardan nə dərəcədə məlumatlıdır və onlarla müzakirə edilibmi?
7. Bankda stres-testlərin keçirilməsi üçün yetərli data varmı?
- İstifadə olunan datanın mənbəyi haradır?
- Data istifadədən öncə yoxlanılırmı?
- Datalar üzrə hansısa çatışmazlıqlar varmı və aradan qaldırılması üçün nə edilib?
8. Stres-testlərdə ikinci təsir dalğası, risklər arasında əlaqələr necə nəzərə alınıb?
- Risklər arasında hansı əlaqələr stres-testdə əks olunub?
- Hansı əlaqələr əks edilməyib və nə üçün bu seçim edilib?
- Digər risklərin likvidlik risklərinə təsiri qiymətlənidirilibmi?
9. Stres-testlər requlyativ tələbdən daha sıx tezliklə keçirilirmi?
10. Stres-test proqramı sənədləşdirilibmi və bu Qaydanın tələbləri ilə uyğunluq təşkil edirmi?
11. Stres-testlərin keçirilməsi üçün məsuliyyət və iş bölgüsü aparılıbmı?
- Digər struktur bölmələr nə dərəcədə prosesdə iştirak edirlər?
- Əgər vahid struktur tərəfindən hazırlanırsa, digər struktur bölmələr nə dərəcədə məlumatlandırılır?
- Əgər fərqli struktur vahidlər stres-testin hazırlanmasında iştirak edirlərsə, sonda necə koordinasiya olunur və birləşdirilir?
12. İdarə Heyəti stres-testlərin modellərindən nə dərəcədə məlumatlıdır?
- Ən son nə zaman müzakirə aparılıb?
- Hansı məsələlər müzakirə olunub?
- Nəticəsi necə olub və hansı müvafiq dəyişikliklər edilib?
13. Daxili audit stres-testlərlə bağlı hansı yoxlamaları həyata keçirir və nə nəticələr əldə olunub?
14. Bankda stres- testlərin aparılması üçün kifayət qədər resurs varmı?
- Bank öz əməkdaşlarının müvafiq bilik və bacarıqlara malik olmasını necə qiymətləndirir?
- Əməkdaşların təlim-tədris ehtiyacları ödənilirmi?
- Digər hansı resursların inkişaf etdirilməsinə ehtiyac var?
- Bank stres-testlərin aparılması üçün kənar şəxslərdən dəstək alırmı?
- Əgər alırsa kənar şəxsin bu istiqamətdə adekvat resurslara malik olmasını necə müəyyən edir?
Qeyd edək ki, yeni qərar iyunun 7-də qüvvəyə minəcək.
Trend