AZ

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında ayrı-ayrı risk növləri üzrə stres-testlər aparılacaq.

Ölkə.az “Trend”-ə istinadən xəbər verir ki, stres-test modelinin qiymətləndirilməsi zamanı bankın stres-test proqramının tərtibi və tətbiqinə məsul əməkdaşlarına müxtəlif suallar veriləcək.
Məsul əməkdaşlar sözügedən suallara cavab verməyə hazırlıqlı olmalıdırlar.

Stres-test modelinin qiymətləndirilməsi zamanı ünvanlana biləcək suallar

1. Mərkəzi Bank tərəfindən təqdim olunan proqnozlardan başqa hansı makro proqnozlardan istifadə olunub?

• Bu ssenarilər nə üçün və necə seçilib?

• Bu seçim necə əsaslandırılır?

2. Bu stres-testlər bankın üzləşdiyi əsas riskləri kifayət qədər əhatə edirmi?

• Stres-test kredit və likvidlik riskini necə əks etdirir?

• Daha qranular data/testlərdən istifadə düşünülübmü, müzakirə olunubmu?

• Hansı digər testlərin keçirilməsi düşünülüb və niyə keçirilməyib?

3. İstifadə olunmuş ssenarilər nə dərəcədə sərt və mümkündür?

• Ssenarinin sərtliyi necə seçilib?

• Ssenarinin müddəti necə seçilib?

• Tərs stres-testlərdən istifadə olunubmu?

4. Bank dinamik, yoxsa statik balans fərziyyəsinə əsaslanıb?

• Nə üçün bu seçim edilib?

• Stres-test keçirmək üçün əsas məqsəd nə olub?

• Nəticələr hansı istiqamətdə təhlil və istifadə olunacaq?

5. İstifadə olunan modellər nə üçün seçilib?

• Digər modellər nəzərdən keçirilibmi?

• Hansı əhəmiyyətlilik göstəricilərinə əsaslanıb?

• Modellərlə bağlı hansı risklər nəzərdə saxlanılır?

• Həssaslıq testləri üzrə hazırkı modellər/yanaşmalar nə üçün seçilib?

• Ssenarilər tarixi, yoxsa hipotetik hadisələrə əsaslanır?

6. Stres-testin keçirilməsi zamanı hansı fərziyyə və ekspert mülahizələrindən istifadə edilib?

• Bank bu halları necə müəyyən edib və qiymətləndirir?

• İdarə Heyəti və Riskləri İdarəetmə Komitəsi bu tip hallardan nə dərəcədə məlumatlıdır və onlarla müzakirə edilibmi?

7. Bankda stres-testlərin keçirilməsi üçün yetərli data varmı?

• İstifadə olunan datanın mənbəyi haradır?

• Data istifadədən öncə yoxlanılırmı?

• Datalar üzrə hansısa çatışmazlıqlar varmı və aradan qaldırılması üçün nə edilib?

8. Stres-testlərdə ikinci təsir dalğası, risklər arasında əlaqələr necə nəzərə alınıb?

• Risklər arasında hansı əlaqələr stres-testdə əks olunub?

• Hansı əlaqələr əks edilməyib və nə üçün bu seçim edilib?

• Digər risklərin likvidlik risklərinə təsiri qiymətlənidirilibmi?

9. Stres-testlər requlyativ tələbdən daha sıx tezliklə keçirilirmi?

10. Stres-test proqramı sənədləşdirilibmi və bu Qaydanın tələbləri ilə uyğunluq təşkil edirmi?

11. Stres-testlərin keçirilməsi üçün məsuliyyət və iş bölgüsü aparılıbmı?


• Digər struktur bölmələr nə dərəcədə prosesdə iştirak edirlər?

• Əgər vahid struktur tərəfindən hazırlanırsa, digər struktur bölmələr nə dərəcədə məlumatlandırılır?

• Əgər fərqli struktur vahidlər stres-testin hazırlanmasında iştirak edirlərsə, sonda necə koordinasiya olunur və birləşdirilir?

12. İdarə Heyəti stres-testlərin modellərindən nə dərəcədə məlumatlıdır?

• Ən son nə zaman müzakirə aparılıb?

• Hansı məsələlər müzakirə olunub?

• Nəticəsi necə olub və hansı müvafiq dəyişikliklər edilib?

13. Daxili audit stres-testlərlə bağlı hansı yoxlamaları həyata keçirir və nə nəticələr əldə olunub?

14. Bankda stres- testlərin aparılması üçün kifayət qədər resurs varmı?


• Bank öz əməkdaşlarının müvafiq bilik və bacarıqlara malik olmasını necə qiymətləndirir?

• Əməkdaşların təlim-tədris ehtiyacları ödənilirmi?

• Digər hansı resursların inkişaf etdirilməsinə ehtiyac var?

• Bank stres-testlərin aparılması üçün kənar şəxslərdən dəstək alırmı?

• Əgər alırsa kənar şəxsin bu istiqamətdə adekvat resurslara malik olmasını necə müəyyən edir?

Qeyd edək ki, yeni qərar iyunun 7-də qüvvəyə minəcək.

Seçilən
0
14
olke.az

10Mənbələr