AZ

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub FOTO

ain.az bildirir, Bizim media portalına istinadən.

ADA Universiteti Oğuzda layihə icra edib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, layihəyə 170-ə yaxın müəllim və şagird qatılıb.

 

ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsi (SAFS) tərəfindən təşkil olunan “Azerfoodathon 2026” layihəsinin bu dəfəki iştirakçıları Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliiyət göstərən ümumtəhsil müəssisələrinin bir qrup müəllim və şagirdləri olub.

Layihənin başa çatması münasibəti ilə təşkil edilən görüşdə bildirilib ki, belə proqramlar region gənclərinin kənd təsərrüfatı və qida elmləri sahəsinə marağının artırılmasında mühüm rol oynayır.Qeyd edilib ki, bu cür təşəbbüslər şagirdlərin innovativ düşüncə bacarıqlarının inkişafına və onların gələcək peşə seçimlərinə müsbət təsir göstərir.Tədbirin sonunda layihə iştirakçıları ADA Universiteti tərəfindən sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.‎Qeyd edək ki, ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsi (SAFS) tərəfindən təşkil olunan “Azerfoodathon 2026” layihəsi İtaliya-Azərbaycan Universitetinin SAFS-in yeni istifadəyə verilmiş binasında rəsmi olaraq start götürüb. Layihə hər il mütəmadi olaraq həyata keçirilən innovativ təşəbbüs olub, regionlardan olan gənclərin kənd təsərrüfatı və qida elmləri sahələrinə marağının və biliklərinin artırılmasına yönəlib.‎Layihə ilk dəfə 2024-cü ildə həyata keçirilib. Həmin il Azərbaycanın müxtəlif bölgələrindən 75-dən çox müəllim və 400 orta məktəb şagirdi öz layihələri ilə iştirak ediblər.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
bizim.media

4Mənbələr