AZ

Gələn il soğan kəskin bahalaşacaq

İqtisadçı ekspert Natiq Cəfərli soğanın qiymətinin artacağı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, 2024-2025-ci illərdə Türkiyədə soğan qiymətləri kəskin artdı, Türkiyə TV kanalları bu haqda gecə-gündüz danışırdılar, bunun Azərbaycana da təsirləri oldu, həmin dövrdə bizdə də soğan qiymətləri kəskin bahalaşmışdı.

Bu gün Azərbaycanda soğanın topdansatış qiyməti 6,5 qəpiyə düşüb, fermerlər qan ağlayır, deyirlər ki, 30 kq kisə soğanı 2 amanat sata bilmirlər, boş kisəni qiyməti elə 1 manatdır.

Niyə belə olur – deyim də, bizdə aqrar sahə ilə məşğul olanlar nazir, nazirliyin qurumları planlaşma, iki addım önü görməklə araları yoxdur. Nazirlik fermərin başının üzərində duran “ağa” yox, ona yardım edən “beyin mərkəzi”, plan qurmaq üçün köməkçi, xidmətçi olmalıdır. Ötən 2 ildə soğan bahalaşan kimi hamı soğan əkməyə qaçdı, nazirliyin bununla bağlı təşviq və izahedici yanaşması olmadı, nəticədə bu gün soğan əkən fermerlər zülm çəkir, qoyduqları vəsaiti belə geri çıxara bilmirlər.

Bundan başqa fermerlər üçün tarladan-süfrəyə xətti də qurulmadı, niyə fermer öz soğanını şəbəkə marketlərə birbaşa sata bilmir? Nə çətin şeydi ki, bu bağı qurmaq? Çox rahat, hətta 2-3 doğru qərarla belə mexanizm qurmaq olar.

İndidən sizə deyə bilərəm ki, 2027-ci ildə soğan yenidən baha olacaq – bu il əli yanan fermer daha əkməyəcək, məhsul həcmi azalacaq, gələn il bazarda baha soğan görəcəyik.

Bax belə “əl ilə” idarə olunan, günlük problemləri gündəlik çözmək istəyən, plan-proqramla arası olmayan sistemdə yaşayırıq…

Seçilən
27
3
konkret.az

4Mənbələr