AZ

Soğanı daha baha alacağıq: “Fermerlər daha soğan əkməyəcək

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Xatirlayısınızsa, 2024-2025-ci illərdə Türkiyədə soğanın qiymətləri kəskin artdı, Türkiyənin TV kanalları bu haqda gecə-gündüz danışırdılar, bunun Azərbaycana da təsirləri oldu, həmin dövrdə bizdə də soğan qiymətləri kəskin bahalaşmışdı". 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. Ekspert qeyd edib ki, bu gün Azərbaycanda soğanın topdansatış qiyməti 6,5 qəpiyə düşüb, fermerlər qan ağlayır, deyirlər ki, 30 kq kisə soğanı 2 manata sata bilmirlər, boş kisənin qiyməti elə 1 manatdır: "Niyə belə olduğunu deyim. 

Bizdə aqrar sahə ilə məşğul olanların nazir, nazirliyin qurumlarının planlaşma, iki addım önü görməklə araları yoxdur. Nazirlik fermerin başının üzərində duran “ağa” yox, ona yardım edən “beyin mərkəzi”, plan qurmaq üçün köməkçi, xidmətçi olmalıdır.

Ötən 2 ildə soğan bahalaşan kimi hamı soğan əkməyə qaçdı, nazirliyin bununla bağlı təşviq və izahedici yanaşması olmadı, nəticədə bu gün soğan əkən fermerlər zülm çəkir, qoyduqları vəsaiti belə geri çıxara bilmirlər. 

Bundan başqa, fermerlər üçün tarladan-süfrəyə xətti də qurulmadı, niyə fermer öz soğanını şəbəkə marketlərə birbaşa sata bilmir? Bu bağı qurmaq nə çətin şeydir? Çox rahat, hətta 2-3 doğru qərarla belə mexanizm qurmaq olar. 

İndidən sizə deyə bilərəm ki, 2027-ci ildə soğan yenidən baha olacaq. Bu il “əli yanan” fermer daha əkməyəcək, məhsul həcmi azalacaq, gələn il bazarda baha soğan görəcəyik. 

Bax belə, “əl ilə” idarə olunan, günlük problemləri gündəlik çözmək istəyən, plan-proqramla arası olmayan sistemdə yaşayırıq". 

Nigar 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
3
cebheinfo.az

4Mənbələr