AZ

Ələtdə pəncərə silən qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.

Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
13
redaktor.az

10Mənbələr