AZ

Pəncərə silən qadın yıxılaraq öldü

Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.

Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
12
metbuat.az

10Mənbələr