AZ

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfindən səsləndirilən və Ermənistanı Ukrayna ilə mənfi mənada müqayisə edən fikirləri qəbulolunmaz hesab edir.

Bizim.Media xəbər verir ki, bu barədə hazırda məzuniyyətdə olan Baş nazir mayın 11-də jurnalistlərlə söhbəti zamanı bildirib.

Hakim "Mülki Müqavilə" partiyasının deputatlığa namizədlər siyahısına rəhbərlik edən Paşinyan, digər ölkələrin adlarının mənfi müqayisə meyarı kimi istifadə edilməsinə qarşı çıxıb.
 

Nikol Paşinyan öz mövqeyini belə izah edib:  "Mən Rusiyaya da, Ukraynaya da, Gürcüstana da, Moldovaya da böyük hörmətlə yanaşıram. Bu ölkələrin adlarının Ermənistanla müqayisədə mənfi bir meyar kimi istifadə edilməsinə icazə verə bilmərəm.


Həm Ukrayna, həm Gürcüstan, həm də Moldova gözəl ölkələrdir və Ermənistanın dostlarıdır. Məsələn, Gürcüstanın adının mənfi kontekstdə çəkildiyi bir söhbətə mən necə qoşula bilərəm?".

Qeyd edək ki, bu açıqlama son dövrlər Rusiya mediasında və bəzi rəsmi dairələrdə Ermənistanın xarici siyasət kursunun Ukrayna ssenarisinə bənzədilməsi ilə bağlı verilən şərhlərə cavab xarakteri daşıyır.

Bizim.Media

Seçilən
12
50
bizim.media

10Mənbələr