AZ

Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar

Bakı, 11 may, AZƏRTAC

Atıcılıq üzrə Azərbaycan millisi beynəlxalq arenada növbəti uğuruna imza atıb.

AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında qadınlardan ibarət komandamız 25 metr standart tapança yarışında bürünc medal qazanaraq ölkəmizi növbəti dəfə uğurla təmsil edib.

Komandanın heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yarış ərzində yüksək dəqiqlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.

 

Seçilən
2
3
azertag.az

3Mənbələr