AZ

Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazanıb

Azərbaycan atıcılıq millisi beynəlxalq arenada növbəti uğuruna imza atıb.   Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa Çempionatında qadınlardan ibarət komandamız 25 metr standart tapança yarışında bürünc medal qazanaraq ölkəmizi növbəti dəfə fəxrlə təmsil edib.

Komandanın heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yarış ərzində yüksək dəqiqlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.

İdmançılarımızı təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq!

Qabil YUSİFOĞLU
XQ

Seçilən
0
3
xalqqazeti.az

3Mənbələr