AZ

Zelenski ilə Putin masaya oturacaq? – Yeni açıqlama gəldi

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Volodimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüş barədə danışıb.

Musavat.com xəbər verir ki, o bildirib ki, iki lider arasında danışıq qəfil şəkildə, aydın səmada ildırım kimi baş verməyəcək. Yermakın sözlərinə görə, belə bir təmas yalnız ciddi hazırlıq və real danışıqlar mühiti formalaşdığı halda mümkün ola bilər.

Əgər ciddi danışsaq, Rusiya Federasiyası həqiqətən ciddi söhbətə hazırdırsa, Ukrayna da buna hazır olar, - deyə o vurğulayıb.

Açıqlama Rusiya-Ukrayna müharibəsi ətrafında diplomatik həll imkanlarının yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edib.

Musavat.com

Seçilən
22
1
musavat.com

2Mənbələr