AZ

Zelenski ilə Putin masaya oturacaq? Yeni açıqlama gəldi

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Volodimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüş barədə danışıb.

Bakupost.az xəbər verir ki, o 2 lider arasında danışığın qəfil şəkildə, aydın səmada ildırım kimi baş verməyəcəyini bildirib.

Yermakın sözlərinə görə, belə bir təmas yalnız ciddi hazırlıq və real danışıqlar mühiti formalaşdığı halda mümkün ola bilər.

Əgər ciddi danışsaq, Rusiya Federasiyası həqiqətən ciddi söhbətə hazırdırsa, Ukrayna da buna hazır olar, - deyə o vurğulayıb.

Açıqlama Rusiya-Ukrayna müharibəsi ətrafında diplomatik həll imkanlarının yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
www.bakupost.az

2Mənbələr