AZ

TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuralıyev İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.Bu barədə Kubanıçbek Ömüralıyev "X" hesabında paylaşıb.

Görüşdə tərəflər türk dünyasında dinlərarası dialoqun, həmrəyliyin və mənəvi əməkdaşlığın gücləndirilməsi, eləcə də ailə dəyərlərinin qorunması və ortaq mədəni-mənəvi irsin gənc nəsillərə ötürülməsi məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin 14–15 sentyabr tarixlərində Azərbaycanda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının 7-ci iclasına hazırlıq məsələlərini də nəzərdən keçiriblər.

Seçilən
64
7
anews.az

10Mənbələr