AZ

TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb

 Ajans.az xəbər verir ki, bu barədə Kubanıçbek Ömüralıyev "X" hesabında paylaşıb. Görüş zamanı tərəflər türk dünyasında dinlərarası dialoqun, həmrəyliyin və mənəvi əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apararaq, ailə dəyərlərinin qorunmasının və ortaq mədəni-mənəvi irsin gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Müzakirə zamanı həmçinin, 14–15 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının 7-ci iclasına hazırlıqlar da müzakirə olunub.
Seçilən
60
9
Ajans.az

10Mənbələr