Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuralıyev İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Kubanıçbek Ömüralıyev "X" hesabında paylaşıb.
Tərəflər türk dünyasında dinlərarası dialoqun, həmrəyliyin və mənəvi əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apararaq, ailə dəyərlərinin qorunmasının və ortaq mədəni-mənəvi irsin gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.