Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal axtarış-xilasetmə əməliyyatına cəlb olunub.
Bildirilib ki, gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.