AZ

Qarabağ a keçidi təsdiqləndi klub rəsmisi açıqladı

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Omoniya"nın yarımmüdafiəçisi Jali Muaddibin Azərbaycanda oynayacağı dəqiqləşib.

Sportal.az xəbər verir ki, "Qarabağ" vingeri razı sala bilib.

Bu haqda Kipr klubunun meneceri Giorgos İrakleus yerli “SportFM” radiosuna açıqlamasında bildirib.

O, Muaddibin "Qarabağ"la razılaşdığını və yeni mövsümdən "Omoniya"da çıxış etməyəcəyini söyləyib.

Muaddib bu mövsüm Kipr çempionatında 28 matçda 4 qol vurub, 6 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 375 min avrodur. O, azad agent kimi “Qarabağ”a keçəcək.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
3
sportal.az

5Mənbələr