AZ

"Qarabağ"ın fransalı vingerlə razılığa gəldiyi təsdiqləndi

"Qarabağ" yeni transfer reallaşdırıb.

Fanat.Az-ın məlumatına görə, bu, Kipr “Omoniya”sının vingeri Jali Muaddibdir.

Ada klubunun baş meneceri Giorqos İrakleus yerli "Sport FM" radiosuna açıqlamasında 25 yaşlı oyunçunun Ağdam təmsilçisinə keçəcəyini təsdiqləyib:  “Qarabağ”la Maddib razılığa gəliblər. O, aylar öncə bizə “Qarabağ”ın ona maraq göstərdiyini demişdi". 

Cari mövsüm "Omoniya"nın heyətində ümumilikdə 31 matça çıxan cinah hücumçusu 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Jali Fransanın U-19 millisində 3 matça çıxaraq 1 qol vurmağa da imkan tapıb.

Muaddibin "Omoniya" ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulduğu üçün Azərbaycan təmsilçisi sözügedən oyunçunu azad agent qismində rənglərinə bağlayacaq. 

Toğrul

Seçilən
26
3
fanat.az

5Mənbələr