AZ

FHN: Lökbatanda anbarda yanğınla bağlı araşdırma aparılır, xəsarət alan yoxdur

ain.az, Apa.az portalına istinadən məlumat verir.

“Hava şəraiti küləkli olduğuna, həmçinin yanğın anbarda baş verdiyinə görə, hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Yanğın baş verən əraziyə 190 şəxsi heyət, 140-a yaxın xilasetmə, yanğın texnikası, 2 helikopter cəlb olunub. Yanğının söndürülməsi iatiqamətində tədbirlər davam edir. Ətrafdakı anbar yanğından tam mühafizə edilib”.

APA xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev deyib.

Onun sözlərinə görə, yanğın baş verən anbarda müxtəlif təyinatlı mallar yığılıb.

Qeyd olunub ki, hazırda yanğının baş vermə səbəbi araşdırılır, xəsarət alan yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
10
apa.az

10Mənbələr