“Hava şəraiti küləkli olduğuna, həmçinin yanğın anbarda baş verdiyinə görə, hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Yanğn baş verən əraziyə 190 şəxsi heyət, 140-a yaxın xilasetmə, yanğın texnikası, 2 helikopter cəlb olunub. Yanğının söndürülməsi iatiqamətində tədbirlər davam edir. Ətrafdakı anbar yanğından tam mühafizə edilib”.
Aznews.az xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev deyib.
Onun sözlərinə görə, yanğın baş verən anbarda müxtəlif təyinatlı mallar yığılıb.