AZ

Region Liqası: Final və 3-cü yer uğrunda oyunun həm vaxtı bilindi, həm də məkanı

Azərbaycan Region Liqasında cari mövsümün qalibləri gələn həftə bəlli olacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, artıq mükafatçıların bəlli olacağı yer və vaxt müəyyənləşib.

Həm final, həm də 3-cü yer uğrunda matç mayın 18-də Şamaxıda baş tutacaq. 

Bürünc medal uğrunda "Biləsuvar" ilə "Şəfəq" üz-üzə gələcəklər. Oyun saat 11:00-da başlayacaq.

Finalda isə "Zəngəzur" ilə "Marafon" qarşılaşacaqlar. Saat 16:00-da start götürəcək qarşılaşmanın ardından qaliblər mükafatlandırılacaqlar. 

Qeyd edək ki, ötən mövsüm Region Liqasının qalibi hazırda II Liqada çıxış edən "Şirvan" olub.

Mirağa

Seçilən
7
1
fanat.az

2Mənbələr