AZ

Dünyanın ən dinc ölkəsi açıqlandı

2026-cı il Qlobal Sülh İndeksinin nəticələrinə əsasən, İslandiya yenidən dünyanın ən dinc ölkəsi seçilib.

Musavat.com xəbər verir ki, ölkə bu titulunu artıq 18 ildir qorumağa davam edir.

İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı hesabatda İslandiyanın zirvədə qalmasının əsas səbəbləri kimi aşağı cinayət səviyyəsi, yüksək ictimai təhlükəsizlik və ordusuz idarəetmə modeli göstərilib. Ekspertlər bildirirlər ki, ölkədə sosial bərabərlik və daxili sabitlik də yüksək səviyyədədir.

Siyahıda İslandiyadan sonra İrlandiya və Yeni Zelandiya yer alıb. Avstriya və İsveçrə isə ilk beşliyi tamamlayan ölkələr olub. Hesabatda Avropanın yenə də dünyanın ən təhlükəsiz və sakit regionu olduğu vurğulanıb.

Qlobal Sülh İndeksi hazırlanarkən ölkələrdəki daxili və xarici münaqişələr, ictimai təhlükəsizlik səviyyəsi və hərbiləşmə göstəriciləri nəzərə alınır. Hesabatda qeyd olunur ki, son illərdə dünyada münaqişələr artsa da, bəzi ölkələr sabitliklərini qorumağı bacarıb.

Musavat.com

Seçilən
44
50
musavat.com

10Mənbələr