AZ

Ən sakit və ən əsəbi şəhərlər məlum oldu

Rusiyada aparılan yeni araşdırma ölkənin ən stressli və ən sakit bölgələrini müəyyənləşdirib.

Musavat.com xəbər verir ki, sorğunun nəticələrinə əsasən, ən gərgin və narahat həyat yaşayan insanlar Moskva, Sankt-Peterburq və Moskva vilayətində qeydə alınıb.

Bildirilir ki, meqapolis sakinləri yüksək həyat tempi, vaxt çatışmazlığı və gündəlik problemlərdən daha çox şikayət edir.

Araşdırmada rusiyalıların əsas stress səbəbləri də açıqlanıb:

— pul və gəlir problemi – 58 faiz;
— özünün və yaxınlarının sağlamlığı – 54 faiz;
— dünyada baş verən hadisələr və xəbərlər – 33 faiz.

Sorğuya görə, ən sakit bölgələr isə Kalininqrad vilayəti, Tatarıstan və Tümen vilayəti hesab olunur.

 

Musavat.com

Seçilən
7
50
musavat.com

10Mənbələr